Aşqarlar Kimyası İnstitutunda kimya üzrə fəlsəfə doktorluğu dissertasiya işinin ilkin müzakirəsi keçirilib

114

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi Şuranın geniş tərkibdə iclası keçirilib.

Elmi Şurada İnstitutun sabiq doktorantı Zübeyda Tərlan qızı İsrafilovanın “Tərkibində rodanid qrupu saxlayan yeni üzvi birləşmələrin sintezi və funksional xassələrinin tədqiqi” mövzusunda 2314.01 – Neft kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi təşkil olunub.

Laboratoriya müdiri texnika üzrə elmlər doktoru Elmira Nağıyevanın sədrliyi ilə keçirilən müzakirədə iddiaçı Z.İsrafilova mövzu ilə əlaqədar fazalararası katalizator əsasında sintez etdiyi yeni maddələrin fundamental elmi və tətbiqyönlü əhəmiyyətə malik olması və onların həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidant aşqar kimi tədqiqi, həm katalitik fəallıqları, rodanidlərin yağlayıcı-soyuducu mayelərdə antimikrob aşqar kimi tədqiqi istiqamətində apardığı tədqiqatlar zamanı əldə etdiyi mühüm elmi yeniliklərlə bağlı geniş məlumat verib və çoxsaylı sualları cavablandırıb.

Z.İsrafilovanın mövzu üzrə tədqiqatın əsas nəticələri yüksək impakt faktorlu jurnallarında çap olunmuş və 1 patentlə təsqiq olunmuşdur.

Müzakirə zamanı rəyçilər – k.ü.e.d., professor P.Məmmədova və  k.ü.f.d., dos. E.Həsənova işin aktuallığını, müasirliyini, vacibliyini vurğulayıb, mövzu ilə bağlı irad və təkliflərini bildiriblər.

İddiaçının elmi rəhbəri kimya elmləri doktoru, professor  Ə.Sucayev Z.İsrafilovanın şəxsi keyfiyyətləri haqqında məlumat verərək, onun çox çalışqan və istedadlı olduğunu, tədqiqatları institutun laboratoriyalarında yerinə yetirdiyini diqqətə çatıdırıb və nümayiş etdirdiyi bilik səviyyəsinin müvafiq elmi dərəcə almağa imkan verdiyini bildirib.

Elmi Şuraının üzvlərindən M.Səfərova, A.Məmmədova, Y.Ramazanova, N.Əliyev, S.Məmmədova dissertasiya işi ətrafında rəy və tövsiyələrini bildiriblər.

 

 

 

PAYLAŞ