Aşqarlar Kimyası İnstitutunda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib

207

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda II kurs magistrant Hümbətzadə Aysel Namiq qızının “Epixlorhidrin əsasında ksantogenat turşusunun efirlərinin sintezi və triboloji xassələrinin tədqiqi” mövzusunda magistr dissertasiya işinin ilkin müzakirəsi təşkil olunub.

İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev indiyə qədər Aşqarlar Kimyası İnstitutunda magistraturanı bitirən tələbələrin hamısının bu elmi tədqiqat müəssisəsində qalıb müxtəlif vəzifələrdə işlədiyini, onların bir çoxunun artıq doktorantura pilləsində elmi araşdırmalarını davam etdirdiyini bildirib və təəssüflə qeyd edib ki, artıq bundan sonra magistrantura pilləsi elmi tədqiqat institutlarında olmayacaq: “Universitetlərə qəbul olunacaq magistrantlar isə müştərək elmi rəhbərliklə tədqiqat işlərini institutlarda yerinə yetirə biləcəklər”.

Sonra magistr Aysel Hümbətzadə elmi işinin aktuallığı, məqsədi, əsas məqsədə çatmaq üçün yerinə yetirdiyi vəzifələr,  əldə etdiyi elmi yenilikləri, işin elmi, nəzəri və praktik əhəmiyyəti, sintez etdiyi yeni maddələrin aşqar kimi tətbiqi imkanları haqqında məlumat verərək, bu mövzuda 4 tezis və 1 məqalənin müəllifi olduğunu vurğulayıb.

İddiaçı mövzu ətrafında verilən sualları cavablandırıb.

Müzakirə zamanı rəyçi: k.ü.f.d.,dos. Q.Qəhrəmanova işin aktuallığını, müasirliyini, vacibliyini vurğulayıb, mövzu ilə bağlı irad və təkliflərini bildirib.

Çıxış edənlər M.Səfərova, E.Nağıyeva, N.Əliyev, M.Mirzoyeva öz fikirlərini bildirib, işin əsas müdafiəyə təqdim olunmasını tövsiyə ediblər.

 

 

PAYLAŞ