Aşqarlar Kimyası İnstitutunda Mülki Müdafiə üzrə maarifləndirici dərs keçilib

101

23 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri ilə Mülki Müdafiə üzrə maarifləndirici dərs keçilib.

İnstitut Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev fövqəladə hadisələr zamanı idarə edilmə və idarəetmə məntəqələri, Mülki Müdafiənin idarə edilməsinin əsas vəzifələri,  ehtimal olunan hərbi münaqişlərin xarakterindən, Mülki müdafiənin idarə olunmasını təmin etmək üçün idarəetmə sisteminin yaradılması, idarəetmə məntəqələri, onların təyinatı və yerləşdirilməsi, idarəetmə məntəqələrinin qruplar üzrə bölgüsü, idarəetmə məntəqələrinin növləri, MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri, rabitə növləri – səyyar və siqnalla rabitə vasitələri, radio və telefon rabitə növü,  məftilli rabitə vasitələri, Mülki Müdafiənin xəbərdarlıq sistemi, obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlığın təşkili. qəza təhlükəli kimyəvi maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyəti haqqında geniş maarifləndirici təqdimatla çıxış edib.

Təhlükəsizlik texnikası üzrə mühəndis R.Quliyev institut əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər haqqında məlumat verib. Yanğına qarşı təbliğat apararaq, yanğın təhlükəsizliyi tədbirlərindən danışıb, bildirib ki, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək lazımdır.

Tədbirdə manqa rəhbərləri iştirak ediblər.

PAYLAŞ