Aşqarlar Kimyası İnstitutunda tələbələrin istehsalat təcrübəkeçməsi davam edir

202

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin IV kurs tələbələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) təcrübəkeçməsi davam edir.

İnstitutun İctimaiyyətlə əlaqər şöbəsinin məlumatına görə, tələbələr bölünərək 4-5 nəfərlik qrup şəklində ayrı-ayrı laboratoriyalarda aparılan maraqlı tədqiqatlarla, fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olur, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunur və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq edirlər. Bu da onların əldə etdikləri nəzəri bilik və bacarıqlarının təcrübi yolla möhkəmlənməsinə imkan verəcək.

Tələbələr İnstitutda müvafiq tədbirlər planına uyğun zərif üzvi sintez, aşqarlar kimyasının müasir və aktual mövzularına həsr olunan laboratoriya və ümuminstitut seminarlarına cəlb olunurlar. Onlara eyni zamanda seminar mövzularından əlavə AKİ-nin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, nailiyyətləri, eləcə də bu elmi müəssisədə çalışmış Azərbaycanın görkəmli kimyaçıları – akademik Əli Quliyev və ilk kimyaçı qadın akademik İzzət Orucova haqqında müfəssəl məlumatlar verilir.

Məlumatda o da qeyd edilir ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri biliklər yoxlanılaraq, fəallığı ilə seçilənlər İnstitutn rəhbərliyi tərəfindən diplom və sertifikatla təltif olunacaqlar.

     

PAYLAŞ