Aşqarlar Kimyası İnstitutunda Zəfər Günü qeyd edildi

536

4 noyabr 2021-ci il tarixində AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 noyabr Zəfər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Vaqif Fərzəliyev açaraq bu günün Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordunun, xalqın və hakimiyyətin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında əsas zəmin olduğunu qeyd etdi. Qələbənin əldə edilməsində ölkənin Prezidenti Cənab İlham Əliyevin müharibənin gedişində rəhbərliyi və həm də beynəlxalq səviyyədə ideoloji mübarizədə xüsusi rolu olduğunu qeyd etdi. O, tədbir iştirakçılarını bu şanlı bayram münasibətilə təbrik etdi.

Tədbirdə elmi işçi Könül Qəhrəmanovanın 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxı nümayiş etdirildi.

Mülki Müdafiə Qərargahının rəisi Hüseyn Dünyamalıyev və aparıcı elmi işçi Nüsrət Əliyev çıxış edərək 1-ci və 2-ci Qarabağ müharibəsində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs etdilər.

     

PAYLAŞ