Aşqarlar Kimyası İnstitutunun alimi elmlər doktoru elmi dərəcəsinə layiq görülüb

142

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində aparılan elmi tədqiqat işlərinin proqnozlaşdırılması” laboratoriyasının müdiri Ramazanova Yulduz Böyük Ağa qızı “2314.01 – Neft kimyası” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün “Müxtəlif təyinatlı dizel mühərrikləri üçün Bakı və müasir baza yağları əsasında yüksək keyfiyyətli motor yağlarının yaradılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

İddiaçının elmi məsləhətçiləri Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və professor Həqiqət Cavadova olmuşdur.

Məlumat üçün bildirək ki, Y.Ramazanova işlənmiş motor yağının regenerasiyası, yaradılmış və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılması sahəsində elmi tədqiqatlar aparıb.

Dissertasiya işi Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasında yerinə yetirilmişdir.

PAYLAŞ