Aşqarlar Kimyası İnstitutunun alimlərinin elmi fəaliyyətin qiymətləndirilmə sistemi təkmilləşdiriləcək

1388

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramının əsas prioritet hədəflərinə uyğun fəaliyyətini genişləndirəcək və təkmilləşdiriləcək. Bu haqda məlumat verən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, rəhbərlik etdiyi elmi müəssisədə  həyata keçiriləcək tədbirlər idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, elmi kadrların hazırlanması, elmi fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqini əhatə edəcək.

İnstitut rəhbəri bununla bağlı daxili sərəncam verildiyini, müvafiq şöbə və laboratoriya rəhbərlərinə ayrı-ayrı elmi bölmələrdə geniş müzakirələr keçirilməsinin və yekun rəy və təkliflərini elmi katibliyə təqdim etmək tapşırığının verildiyini qeyd etdi.

V.Fərzəliyev bildirdi ki, İnstitutun əməkdaşları eyni aparılacaq attestasiyanı və elmi fəaliyyətin qiymətləndirilməsini nəzərə alaraq elmi fəallığı daha da artırmalı və dünyanın yeni və müasir elmi çağrışlarına uyğunlaşdırmalıdırlar.

Akademik qeyd etdi ki, hazırda laboratoriyaların və elmi işçilərin ayrı-ayrılıqda 2019-cu il üzrə elmi fəaliyyətinin yeni meyarlar əsasında qiymətləndirilməsi işləri aparılır. Nəticədən asılı olaraq reytinq siyahı müəyyənləşdiriləcək və mükafatlandırma aparılacaq.

 

PAYLAŞ