Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi konfransda iştirak edib

23

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfransda maraqlı və yenilikçi prezentasiyaların, eləcə də posterlərin təqdimatları olub.

ARETN Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi Nəzər  Nəzərov “Epixlorhidrin əsasında benzaldehid törəmələrinin sintezi və tədqiqi” mövzusunda posterlə konfransda iştirak edib.

PAYLAŞ