Aşqarlar Kimyası İnstitutunun doktorantı konfransda iştirak edib

100

22-23 may 2024-cü il tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və Kimya texnologiyası” III Respublika elmi konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Kazımzadə Lamiyə Kazım qızı “Ali kapron turşularının allil efirlərinin üçlü birgə polimerlərii çoxfunksiyalı özlülük aşqarı kimi” mövzusunda geniş təqdimatla çıxış etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

İştirakçıya Sertifikat təqdim olunub.

PAYLAŞ