Aşqarlar Kimyası İnstitutunun doktorantı konfransda iştirak edib

142

“Mərkəzi Asiya və Türkiyədə Pestisidlərin Həyat Dövrünün İdarə Edilməsi və Davamlı Üzvi Çirkləndirici Pestisidlərin İdarə Edilməsi” layihəsi digər məsələlərlə yanaşı, pestisidlərlə çirklənmiş ərazilərlə bağlı risklərin azaldılmasına və onların kənd təsərrüfatında istifadəsi üçün reabilitasiyasına yönəlib. Bu məqsədlə FAO (Food and Agriculture Organization of the Unated Nation (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı)) Yaşıl Kənd Təsərrüfatı üçün Çirklənmiş Kənd Təsərrüfatı Torpaqları üçün Bio- və Fitoremediasiya Texnologiyaları üzrə Beynəlxalq Konfransı təşkil etmişdir.

ARETN Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova 16-18 aprel 2024-cü il tarixində Qazaxıstanın Almatı şəhərində keçirilən bu konfransa “Çirklənmiş torpaqların idarə olunmasında beynəlxalq təcrübələr” sessiyasında konfrans məruzəçisi kimi dəvət dəvət almış və “Xlor orqanik pestisidlərlə çirklənmiş torpaqların mikrobioloji remediasiyası” mövzusunda çıxış etmişdir.  O, Azərbaycanda bu sahədə görülən işlərin təcrübəsini paylaşaraq, xüsusilə Aşqarlar Kimyası İnstitutunda artıq neçə illərdir müxtəlif üzvi çirkləndiricilərlə çirklənmiş torpaq və su ərzilərinin bioremediasiyası üzrə tədqiqatların aparıldığını və bu sahədə yüksək nəticələr əldə olunduğunu vurğulamışdır.

Konfransın məqsədi kənd təsərrüfatı torpaqlarının çirklənməsi barədə məlumatlılığı artırmaq, təhlükəsiz istehsal üçün kənd təsərrüfatı torpaqlarının rekultivasiyası üçün sərfəli texnologiyalar haqqında məlumat mübadiləsi, bu texnologiyaların imkanlarını və məhdudiyyətlərini başa düşmək və yaradılmasına başlamaqdır.

Konfransın ikinci günü, 17 aprel 2024-cü ildə Almatı yaxınlığındakı Saymasay kəndində pilot meliorasiya sahəsinə səfər edilmişdir. Pestisid anbarının yanında yerləşən və 2023-cü ildə effektiv fito və bio-əsaslı məhsulların seçilməsi üçün sınaqlar aparılan bu sahədə Bitki Biologiyası və Biotexnologiyaları İnstitutunun mütəxəssisləri öz işlərinin xüsusiyyətləri və əldə olunan aralıq nəticələr haqqında məruzə etdilər.

Bundan sonra, inteqrasiya edilmiş zərərvericilərlə mübarizənin (IZM) təşviqi üzrə fəaliyyətləri nümayiş etdirmək üçün layihə Almatı vilayətinin Baydıbey kəndində IZM-nin sınaq alma bağlarına səfər təşkil edilmişdir. 2023-cü ildə başlanmış bu sınaqlar pestisidlərdən və alternativ, qeyri-kimyəvi üsullardan minimal istifadəyə əsaslanan davamlı kənd təsərrüfatı təcrübələrinin praktiki nümayişi kimi xidmət edir. Meyvə bağlarına səfərləri zamanı iştirakçılar müxtəlif ekoloji cəhətdən təmiz və yüksək effektiv İZM üsulları ilə tanış olmuş, bu üsullardan istifadə etmiş yerli fermerlər İZM metodlarının praktikliyi haqqında öz təcrübələrini və fikirlərini bölüşmüşlər. Karantin və Bitki Mühafizəsi İnstitutuna planlı səfər iştirakçılara fitosanitar laboratoriyanın sınaq mərkəzi, bitkilərin bioloji mühafizəsi, kompleks bitki mühafizəsi, pestisidlərin qeydiyyatı, bitki karantini, eləcə də introduksiya və kommersiyalaşdırılması şöbələri ilə yaxından tanış olmaq imkanı vermişdir.

PAYLAŞ