Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

124

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev ilk öncə İnstitutun “Yanacaq kompozisiyaları” laboratoriyasının baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyevi və “Korroziya inhibitorları” laboratoriyasının baş elmi işçisi k.e.d., professor Fikrət Məmmədovu 85 illik yubileyləri münasibətilə AMEA Azad Həmkarlar Təşkilatının Fəxri Fərmanı ilə təltif edildiklərinə görə təbrik edib və işlərində uğurlar arzulayıb.

İnstitutun Azad Həmkarlar Təşkilatının sədri Elxan İsakov  hər iki yubiliyara Fəxri Fərmanı təqdim edib.

“Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırıl­ması” laboratoriyasına vakant olan laboratoriya müdiri vəzifəsinə seçkilər keçirilib. Bu vəzifəyə İnstitutun “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçişi kimya üzrə fəlsəfə doktoru, dosent Ramazanova Yulduz Böyükağa qızının namizədliyi irəli sürülüb.

V.Fərzəliyev Yulduz xanım haqqında məlumat verərək bildirib ki, o bu yaxınlarda texnika üzrə elmlər doktoru dissertasiya işinin müvəffəqiyyətlə müdafiə etdiyini və bunun İnstitutun yüksək ixtisaslı kadrlara olan tələbatının ödənilməsi, eləcə də gənc elmi işçilər, doktorant, dissertantların elmə həvəsləndirilməsi üçün mühüm addım olacaq. Sonda gizli səsvermə ilə Y.Ramazanova laboratoriya müdirliyi vəzifəsinə təsdiq edilib.

Elmi Şurada 2023-cü il üzrə labortatoriya və şöbələrin yekun illik hesabatlarına hazırlıq məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

PAYLAŞ