Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

34

28 fevral 2024-cü il tarixdə AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun “Yanacaq kompozisiyaları”  laboratoriyasının vakant elan edilən elmi işçi vəzifəsinə seçkilər keçirilib. Bu vəzifəyə İnstitutun kiçik  elmi işçisi Cəfərova Ulduz Şəmsəddin qızının namizədliyi irəli sürülüb.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev namizəd haqqında məlumat vermək üçün laboratoriyanın aparıcı elmi işçisi Nüsrət Əliyevə söz verib.

Nüsrət müəllim Ulduz Cəfərovanın  böyük elmi potensialının olduğunu və   “Neft kimyası” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi  dissertasiya işini başa çatdırmaq üzrə olduğunu vurğulayıb.

O, Ulduz Cəfərovanın yüksək ixtisaslı kadr kimi yetişdiyini və fəaliyyəti ilə çalışdığı laboratoriyaya böyük fayda gətirdiyini bildirib.

Sonda Elmi Şura üzvlərinin gizli səsverməsinin yekun nəticələrinə görə, U.Cəfərova “Yanacaq kompozisiyaları”   laboratoriyasında elmi işçi vəzifəsinə təsdiq edilib.

İnstitut rəhbərliyi və Elmi Şura üzvlərinə təşəkkür edən U.Cəfərova ona göstərilən böyük ehtimadı doğruldacağını ifadə edib.

PAYLAŞ