Aşqarlar Kimyası İnstitutunun magistrantları elmi konfranslarda məruzə ediblər

176

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun I kurs magistrantları respublikda keçirilən bir sıra konfranslarda iştirak ediblər. Belə ki, Şahanə Nəzərli Bakı Ali Neft Məktəbində Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru: Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında iştirak edib və “Sulfaminometilfenolların sintezinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib.

Bəyim İbrahimova Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”nda “Zn-liqand kompleksinin sintezi və bioloji fəallığının tədqiqi” mövzusunda təqdimat edib.

Afaq Sadıqova isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı II Respublika elmi konfransında ”1,1-bis-(karboksimetiltio)-1-feniletanın etilen xlorohidrin ilə efirləşməsi” mövzusunda təqdimatla çıxış edib.

Magistrantlar sertifikatla təltif olunublar.

 

PAYLAŞ