Avtomatlaşdırılmış mağazalar adi mağazalarla müqayisədə 1,5 dəfə daha çox gəlir qazandırır

1603

“RBC Capital Markets” analitik agentliyinin məlumatına görə, satıcısız və növbəsiz mağazalar adi mağazalarla müqayisədə orta hesabla 50%-dən daha çox gəlir qazandırır. Məsələ heyət xərclərinin azalmasında yox, alış-veriş prosesinin sadələşdirilməsindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Amazon Go” mağazasında qəbzin dəyəri 10 dollar təşkil edir, gündəlik gələnlərin sayı isə 550 nəfərdir. Nəticədə il ərzində 1 mağaza təxminən 1,5 milyon dollar,  belə formatda və ölçüdə olan adi mağaza isə ən çox 1 milyon gəlir qazandırır.

Şirkət 2021-ci ilədək 3 minədək belə mağaza açmağı planlaşdırır. Bundan başqa, indi şirkət aeroportlarda “Amazon Go” mağazalarının istifadəyə verilməsi ilə bağlı danışıqlar aparır.

http://www.ictnews.az

PAYLAŞ