Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Emin Qəribovun Türkiyə və İrandan olan alim həmkarları ilə müştərək tədqiqatlarının nəticələrinə həsr olunan növbəti məqaləsi (https://www.sciencedirect.com/science/article/abs/pii/S0045206820314681?via%3Dihub) impakt faktoru yüksək olan “Bioorganic chemistry” jurnalında dərc edilib.
İnstitutdan bildirilib ki, məqalə güclü α-qlikozidaz və α-amilaz inhibitorları olan aminospirtlərin yeni tsiklik tiourea törəmələrinin sintezi, funksional analizi, bioaktivlik araşdırması və molekulyar dokinq tədqiqatlarına həsr olunub.
Xatırladaq ki, impakt faktoru 4.831-ə bərabər olan “Bioorganic chemistry” jurnalı “Web of Science” beynəlxalq elmi bazasına daxildir.