Azərbaycan Britaniya Kolleçinin şagirdləri Aşqarlar Kimyası İnstitutunda elmi yeniliklərlə tanış olublar

1929

Bu gün Azərbaycan Britaniya Kollecinin bir qrup şagirdi AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) olublar. AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev təmsil etdiyi institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, magistr və yüksəkixtisas kadr hazırlığı, əldə olunan mühüm elmi və praktik yeniliklər haqqında məlumat verdi. O qeyd etdi ki, bu elmi müəssisədə akademiklər Əli Quliyev, İzzət Orucova, Vaqif Fərzəliyev və Kamil Sadıqov kimi görkəmli kimyaçı alimlər fəaliyyət göstərdiyini, həmin alimlərin formalaşdırdığı “Aşqarlar kimyası” məktəbinin dünya elminə, eləcə də Azərbaycan iqtisadiyyatına böyük töhvələr verən elmi işlərə imza atdığını vurğuladı.

Ə.Sucayev  təmsil olduğu elmi müəssisənin fəaliyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, İnstitutda sürtgü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional  təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiq sahəsində fundamental  tədqiqatlar aparılır. O məktəblilərin qavradığı əyani nümunələr üzərində, asan dildə izah edərək qeyd edib ki, bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə, siyrilməyə qarşı, özlülük,  bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur və digər aşqarlar sintez edilmişdir.

İnstitutda ciddi tətbiqi işlər əldə olunduğunu qeyd edən Ə.Sucayevin sözlərinə görə, bu mühüm elmi işlər sırasında Bakı Tbilisi-Ceyhankəməri ilə nəql olunan neftin axınını sürətləndirən “Depresator-AKİ” aşqarı, işlənmiş yağ və sürtkü matereallarının təkrar regenrasiyası, neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yaradılan fitobioremedasiya üsulu və müxtəlif xəstəliklərə qarşı antioksidant və izoenzim inhibitou təsiri göstərən fizioloji fəal maddələrin sintezi xüsusi qeyd edilməlidir.

Şura sədri gənclərin elmə həvəsləndirilməsi üçün orta və ali məktəblərdə şagird və tələbələrlə birgə həyata keçirilən layihələr, stimullaşdşrıcı tədbirlər haqqında da məlumat verdi. O, İnstitutda tez-tez açıq qapı günlərinin və kimya fənn gecəsinin təşkil olunduğunun, bu içtimai işlərin də məktəblilərdə hələ orta məktəb yaşlarında elmə maraq yaradıldığını diqqətə çatdırdı.

Sonra məktəblilər İnstitutun “Korroziya inhibitorları”, “Fiziki-kimyəvi analiz” və “Zərif üzvi sintez” laboratoriyalarını gəzərək, orada istifadə olunan müasir cihaz və avadanlıqlarla, onların iş mexanizmi ilə yaxından tanış olublar. İnstitutun “Korroziya inhibitorları” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Mziyə Mirzəyevə. Elmi işçi Səbiyə Osmanova, “Aşqarların sintezi və təsir mexanizmin nəzəri əsasları” laboratoriyasının böyük elmi işçisi, k.ü.f.d. Sevinc Qocayeva laboratoriyalarda həyata keçirilən tədqiqatlar və istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları haqqında məlumat verdilər.

İnstitutun kiçik elmi işçi Mir Əli İsakov məktəblilər üçün əylənçəli təcrübələr nümayiş etdirdilər.

Azərbaycan Britaniya Kollecinin İmtahan və qiymətləndirmə departamentinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Həsən Həsənov, məktəbin biologiya müəllimi Mələk Əzizova çıxış edərək bu ekskursiyanın onlarda və şagirdlərdə böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu, yaxın gələcəkdə istedadlı şagirdlərinin birgə elmi layihələrdə iştirak etmək arzularını dilə gətirdilər.

 

PAYLAŞ