KONFRANSIN İSTİQAMƏTLƏRİ
Geologiya və Yer elmləri
Kimya və kimya texnologiyaları
Energetika və elektrik mühəndisliyi
İqtisadiyyat və menecment
Neft-qaz mühəndisliyi və mədən işi
Mexanika və maşınqayırma mühəndisliyi
İnformasiya texnologiyaları və avtomatlaşdırma
Konfransda iştirak etmək istəyən şəxslər 30 aprel 2026-cı il tarixinədək məruzə və tezislərini Google Forms vasitəsilə göndərə bilərlər. Hər hansı sual yarandığı təqdirdə youngresearcher@asoiu.edu.az e-poçt ünvanı vasitəsilə əlaqə saxlayın. Qeydiyyat : https://asoiu.edu.az/c_detail https://forms.gle/79Y6J6V7o3hGbwRVA
Tezisin tərtib qaydaları
Konfransın işçi dili: Azərbaycan, rus və ingilis dilləri
1.Tezislərin ümumi tələbləri
Tezislər A4 formatında hazırlanmalıdır. Əlavələr, şəkillər və cədvəllər daxil olmaqla tezisin ümumi həcmi 3–5 səhifə olmalıdır. Mətn Times New Roman şrifti ilə, 12 ölçüdə yazılmalıdır. Sətirlərarası interval 1,0, abzas girintisi 0,5 sm olmalıdır. Səhifə kənarları: sol – 20 mm, sağ – 20 mm, yuxarı – 20 mm, aşağı – 20 mm.
2.Müəllif haqqında məlumat
Tezisdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, iş yeri, elektron poçt ünvanı və əlaqə nömrəsigöstərilməlidir. Bu məlumatlar səhifənin ortasında yerləşdirilməlidir. Məruzə və tezisin adı isə səhifənin ortasında, qalın və iri şriftlə yazılmalıdır.
3.Xülasə
Tezisə ingilis dilində xülasə əlavə olunmalıdır. Xülasənin həcmi 150–200 söz aralığında olmalı və tədqiqatın mahiyyətini, məqsədini və əsas nəticələrini qısa şəkildə əks etdirməlidir.
4.Açar sözlər
Xülasədən sonra 3–5 açar söz göstərilməlidir
5.Məqalənin strukturu
Tezisin əsas mətn hissəsi elmi məqalə tələblərinə uyğun şəkildə aşağıdakı struktur üzrə tərtib edilməlidir: giriş, əsas mətn (müvafiq başlıqlara bölünməklə), nəticə və ədəbiyyat siyahısı
6.İstinad qaydaları
Məqalədə istifadə olunan elmi mənbələrə müvafiq qaydada istinad verilməlidir. Məqalənin sonunda təqdim olunan ədəbiyyat siyahısı ya əlifba ardıcıllığı ilə, ya da mətn daxilində istifadə olunma ardıcıllığına uyğun şəkildə nömrələnməlidir. İstinadlar mətndə [1] və ya [1, s. 119] formasında göstərilməlidir. Eyni mənbəyə mətnin müxtəlif hissələrində təkrar istinad edildikdə, həmin mənbə əvvəl verilmiş nömrə ilə göstərilməlidir
7.Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısında son 5–10 il ərzində dərc olunmuş elmi məqalələrə, monoqrafiyalara və digər etibarlı elmi mənbələrə üstünlük verilməsi tövsiyə olunur
8.Plagiat yoxlanışı
Təqdim olunan tezislər mütləq plagiat yoxlanışından keçirilməlidir. Tezisin orijinallıq səviyyəsi minimum 75%təşkil etməlidir
9.Qəbul şərtləri
Konfransın mövzusuna (istiqamətlərinə) və müəyyən olunmuş tələblərə uyğun olmayan məruzə və tezislər qəbul edilməyəcəkdir.
Əlaqə məlumatları:
youngresearcher@asoiu.edu.az
www.asoiu.edu.az

