Bakı Dövlət Universiteti tələbələrinin Aşqarlar Kimyası İnstitutunda təcrübəsi davam edir

416

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarında təcrübə keçirlər. Tələbələrin ayrı-ayrı qrup şəklində institutun laboratoriyalarına bölgüsü və davamiyyəti “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İsakov Elxanın rəhbərliyi  ilə  aparılmışdır. Tələbələr cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə tanış olur, aşqarlar kimyasının nəzəri problemlərini öyrənir və bəzi təcrübələri yaxından izləyirlər.

 

PAYLAŞ