Beyni qocalmadan qorumaq üçün gözlənilməz bir üsul tapıldı

552

Beynəlxalq alimlər qrupu müəyyən etmişdir ki, bağırsaq bakteriyaları yaşlı adamın beynində yeni sinir hüceyrələrinin yaranmasına kömək edir, bu da potensial olaraq qocalıqda yaddaş itkisinin qarşısını ala  və zədələnmədən sonra sinir toxumasını bərpa edə bilər. Beyni qorumağın bu gözlənilməz üsulu haqqında  MedicalXpress-in press-relizində deyilir.

Əsas amin turşusu triptofanı metabolizə edən bağırsaq bakteriyaları, yaşlı insanlarda yeni beyin hüceyrələrinin inkişafını stimullaşdıran indol molekulları ayırır. İndol vasitəsilə gələn siqnallar beynin yaddaş və öyrənmə ilə əlaqəli sahəsi olan hipokampusta yeni yetkin neyronların meydana gəlməsi üçün tələb olunan əsas tənzimləyici amilləri əmələ gətirir.

Tədqiqat müəlliflərinə görə onlar hazırda indolların beyin inkişafı zamanı erkən neyronların formalaşmasını da stimullaşdıra bilib bilmədiyini qiymətləndirirlər. Tədqiqat nəticələri Alzheimer daxil olmaqla yaşlanma və neyrodegenerativ xəstəliklər zamanı geniş yayılmış problem olan yaddaş itkisini ləngitmək üçün qocalma əleyhinə müalicənin yeni variantlarının inkişafına kömək edəcəkdir. Bunlara hipokampusta yeni neyronların istehsalını stimullaşdırmaq və ya viruş və ya onurğa travması nəticəsində zədələnmiş neyronları əvəz etmək üçün indolların hərəkətini təqlid edən preparatlar daxildir.

PAYLAŞ