Bitkoinin naməlum sahibi zənginlər sırasında

1201

Bitkoin kriptovalyutasının yaradıcısı, Satoşi Nakamoto təxəllüslü şəxs dünyanın ən zəngin 50 adamı arasına daxil olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, S. Nakamoto Top-50 siyahısında 44-cü yerdədir. Onun sərvətinin miqdarı azı 19,4 milyard dollar həcmində qiymətləndirilir.
S. Nkamotonin əlində 980 min bitkoin var. Bu kriptovalyutanın məzənnəsi artıq 20 min dollara çatıb.

Qeyd edək ki, Satoşi Nakamoto nikli şəxsin kim və ya kimlər olduğu hələ də məlum deyil. Bu ad altında İlon Maskın gizləndiyi barədə iddialar səslənsə də, iş adamı bunu təkzib edib.

Milli.Az

PAYLAŞ