Britaniyada supersürətli elektrotəyyarə hazırlanacaq

1219

“Rolls-Royce” və digər şirkətlərin mütəxəssisləri saatda 480 kilometr sürətlə uçacaq elektrotəyyarə hazırlayacaqlar.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, texnologiya qismən Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən “ACCEL” təşəbbüsü çərçivəsində reallaşdırılır. Mütəxəssislərin sözlərinə görə, konstruksiyada ən yüksək enerji sıxlığına malik akkumulyator batareyasından istifadə ediləcək. Akkumulyator 750 kilovatadək enerji hasil edəcək, propelleri isə “YASA” şirkətinin istehsalı olan 3 yüngül 750R elektrik mühərriki işə salacaq.

Məlumata görə, supersürətli elektrotəyyarənin ilk uçuşu 2020-ci ilə planlaşdırılır. Təyyarənin akkumulyatorunu bir dəfə enerji ilə doldurmaqla London-Paris marşrutu üzrə birbaşa uçuşu həyata keçirmək mümkün olacaq.

PAYLAŞ