Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı təqdim olunub

1132

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəsmi veb-saytında 2020-ci ildə AAK tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı təqdim olunub.

Siyahıda riyaziyyat və mexanika, fizika və astronomiya, kimya, texnika, yer və coğrafiya, tibb və əczaçılıq, biologiya və aqrar, iqtisad, hüquq, fəlsəfə və sosiologiya, siyasi, psixologiya, tarix və antropologiya, filologiya, pedoqogika, eləcə də sənətşünaslıq və memarlıq elmləri üzrə tövsiyə edilən jurnalların siyahısına nəzər yetirmək mümkündür.

Jurnalların tam siyahısı ilə aak.gov.az saytı vasitəsilə tanış olmaq olar.

 www.science.gov.az

PAYLAŞ