İnstitutun doktorantura və dissertanturasına sənəd qəbulu

1098

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akad. Əli Quliyev adınaAşqarlar Kimyası İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 31 mart 2023-cü il  3-29/2-2011/2023 saylı məktubuna əsasən

2023-cü il üçün institutun doktorantura və dissertanturasına sənəd qəbulu elan edir:

 fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanın

əyani şöbəsinə (büdcə hesabına) –                         3 yer:

 

2306.01 – “Üzvi kimya” ixtisası üzrə –                   2 yer,

2314.01 – “Neft kimyası” ixtisası üzrə –                1 yer;

 

fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya

(büdcə hesabına) –                                                  2 yer:

 

2306.01 – “Üzvi kimya” ixtisası üzrə –                   1  yer,

2314.01 – “Neft kimyası” ixtisası üzrə –                1 yer.

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Portal.edu.az saytına daxil olaraq, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaq və 16 may tarixində sənəd qəbulu başa çatacaq.

Əlavə məlumat üçün Aşqarlar Kimyası İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.

Əlaqə nömrəsi: Tel.: (+99412)514-96-53, (+99412)514-96-54.

Email: aki05@mail.ru

Ünvan: Bakı şəh., Böyükşor şosesi, 2062-ci məhəllə

 

PAYLAŞ