Elmi əməkdaşlıq

1438

8 dekabr 2017-ci il tarixində AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda rəhbərliklə  iqtisadiyyat üzrə fəlsəfə doktoru  S.Serıy arasında görüş keçirilib. S.Serıy ARVA Greentech AG şirkətində (İsveçrə)  Tədqiqatlar və İşləmələr Dpartamentinin rəhbəri vəzifəsində çalışır. O həmçinin təhlükəli tullantıların idarə edilməsi sahəsində UNIDO-nun beynəlxalq ekspertidir.

İnstitut direktoru  akademik V.Fərzəliyev və  “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasını müdiri, kimya elmləri üzrə doktor,  professor P.Məmmədovanın iştirakı ilə keçirilmiş görüşdə davamlı üzvi birləşmələr və neft məhsulları ilə çirklənmiş torpaqların zərəsizləşdirilməsi  sahəsində elmi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

PAYLAŞ