Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

3
Aprelin 14-də Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib. İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə baş tutub.
İclasda elmi müəssisələrdə fəaliyyət göstərən tədqiqatçıların əməyinin stimullaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən proqram çərçivəsində “Elmi iş müəlliflərinin müəllif balının hesablanması Qaydası”na cari il üzrə dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Qərara əsasən, tədqiqatçıların son 6 il ərzində Q3 və Q4 kvartilli jurnallarda dərc olunmuş məqalələrinin, eləcə də patentləşdirilmiş ixtiralarının və faydalı modellərinin sayının mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulub. Müzakirələrin yekununda qaydalar yenilənmiş formada təsdiq edilib.
İclas zamanı, həmçinin 26 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş, Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 150-dən çox dissertasiya mövzusu üzrə Şura üzvlərinin rəy və təklifləri müzakirə olunub. Təqdim edilmiş dissertasiya mövzuları açıq səsvermə yolu ilə təsdiqlənib.
PAYLAŞ