ETN Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Kimya İnstitutunun laboratoriyaları, cihaz və avadanlıqları ilə tanış olublar

37

ETN Təcrübə-Sənaye Zavodunun əməkdaşları üçtərəfli Anlaşma Memorandumu çərçivəsində Kimya İnstitutunun müxtəlif korpuslarında işgüzar görüşlər keçirib.

 Görüşlər zamanı ETN Təcrübə-Sənaye Zavodunun baş direktoru dosent Səxavət Rüstəmov və Kimya İnstitutun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev memorandumun icrası çərçivəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Tərəflər birgə elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi və elmi nəticələrin istehsalata tətbiqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 ETN Təcrübə-Sənaye Zavodunun və Kimya İnstitutunun mütəxəssisləri institutun müxtəlif korpuslarında fəaliyyət göstərən laboratoriyalar və avadanlıqlarla tanış olub, onların mövcud texniki vəziyyəti və istifadə imkanları barədə məlumat alıb. Həmçinin, birgə fəaliyyətin gələcək perspektivlərinin həyata keçirilməsi, elmi-texniki potensialın səmərəli istifadəsi və mövcud infrastrukturun istehsalat proseslərinə inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb.

PAYLAŞ