Gənc alimə “Akademik Əli Quliyev adına mükafat” təqdim edilib

769

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının gənc tədqiqatçılar arasında elan etdiyi 2021-ci il üzrə “akademik Əli Quliyev adına mükafat” müsabiqəsinin qalibi məlum olub.

Bu barədə məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev bildirib ki, müsabiqənin şərtlərinə görə bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən bir gənc tədqiqatçı təqdim edilir. İnstitutda çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin 2020-ci il üzrə elmmetrik meyarlar əsasında qiymətləndirilməsinin nəticələrinə görə, 8 saylı laboratoriyanın əməkdaşı Mənsurə Hüseynova gənclər üçün “Akademik Əli Quliyev” mükafatına layiq görülmüşdür. Qalibə diplom və pul mükafatı verilmişdir.

Məlumat üçün bildirək ki, Azərbaycanda “Aşqarlar kimyası” məktəbinin banisi olan, dünya şöhrətli tanınmış alim akademik Əli Quliyevin adına təsis edilən bu adlı mükafat 2012-ci ildən etibarən hər il onun doğum günündə təqdim olunur.

PAYLAŞ