Gənc tədqiqatçı ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə keçirilən kursu uğurla başa vurub

200

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi işçisi İbadulla Mahmudov “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə təşkil edilmiş “Virtual EL Educator” proqramı üzrə kursu uğurla başa vurub və sertifikatla təltif edilib.

Amerikalı təlimçi Erin Karl tərəfindən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri 2023-cü ilin mart-may aylarında təşkil edilmişdir. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Kurs zamanı dinləmə, oxuma, danışma və yazma bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.

Kursu uğurla başa vurmuş gənc tədqiqatçılara sertifikat təqdim olunub.

 

 

 

PAYLAŞ