“Google Chrome” brauzeri saytları daha sürətli açacaq

500

Populyar brauzerdə reallaşdırılacaq yeni seçim veb-səhifələrin açılmasını sürətləndirəcək. Bu haqda proqram tərtibatçılarının sənədinə istinadən “WindowsLatest” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yenidən sarınma keşi (BFcache) istifadəçilər “geri” və ya “irəli” düyməsinə sıxdıqda əvvəl açılmış səhifələri daha sürətli yükləməyə imkan verəcək.

“BFcache” seçimi “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün versiyada özünü doğruldub. “Google”un mütəxəssisləri onun veb-naviqasiyanın sürətini 20% artırdığını hesab edirlər. Ancaq keş edilmiş səhifələr “JavaScript” senarilərini icra edə bilmədiklərinə görə ayrı-ayrı elementlər, məsələn, reklam nisbətən gec yüklənəcək.

“BFcache” funksiyası hələ ki “Windows”, “macOS” və “Linux” üçün “Chrome 92” brauzerinin test quraşdırmasında əlçatandır, lakin tərtibatçılar onu daha geniş yaymağı planlaşdırırlar.

Emil Hüseynov

PAYLAŞ