“Google”un tərtibatçıları “Google Translate” mobil proqramını yeniləyiblər və onu daha dəqiq avtonom (internetə qoşulmasız) tərcümə ilə təmin ediblər. Google”un bulud infrastrukturuna qoşulmasız işləyən avtonom tərcümənin dəqiqliyi 20% yüksəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, bir neçə il bundan əvvəl “Google Translate”in yaradıcıları proqramın internetə qoşulmasız işləyən versiyasını təqdim etmişdilər. İndi, növbəti yeniləmənin çıxarılması ilə əlaqədar “Google” tərcüməçisinin avtonom rejiminin dəqiqliyi yüksəlib.
Yeni versiyada 59 dil üçün avtonom tərcümələrin dəqiqliyi orta hesabla 12% artıb. Bəzi dillərdə (məsələn, Polşa, Koreya və yapon) avtonom rejimin dəqiqliyi 20% yüksəlib” – “Google”un nümayəndələri qeyd ediblər və əlavə olaraq bildiriblər ki, internetə qoşulma vaxtı tərcümələrin dəqiqliyi daha yüksəkdir.
Emil Hüseynov