“Huawei” artıq “6G” rabitə texnologiyası üzərində işləyir

1289

Hazırda “5G” rabitə texnologiyası aktiv tətbiq edilir, amma telekommunikasiya nəhəngləri artıq növbəti nəsil rabitə texnologiyasının üzərində işləyirlər. Məsələn, “Huawei”nin əsas icraçı direktoru Ren Jenqfey məlumat verib ki, onun şirkəti artıq “6G” sahəsində tədqiqatlar aparır.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, o bildirib ki, “Huawei” şirkəti eyni vaxtda “5G” və “6G” rabitə standartları üzərində işləyir. Bununla belə, “6G” texnologiyasının inkişafı hələ ki erkən mərhələdədir və bu standartın kommersiya yönümlü olmasına uzun müddət lazımdır.

Hələ ki “5G” növbəti nəsil telekommunikasiya texnologiyası kimi nəzərdən keçirilir. Bu standart tərəfindən təklif edilən məlumatların ötürülməsi sürəti sürücüsüz avtomobillər və uzaq məsafədə olan qurğuların idarəetməsində  mühüm rol oynayacaq. Hazırda yalnız bir neçə ölkədə (məsələn, Böyük Britaniya və Cənubi Koreya) “5G” rabitəsinin tətbiqinə başlanılıb.

Emil Hüseynov

PAYLAŞ