İnsan bədəninin hərarəti ilə işləyən yeni enerjidoldurma qurğusu təqdim edilib

968

Amerikalı alimlər komandası insan bədəninin hərarəti ilə işləyən yığcam enerjidoldurma qurğusu təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, miniatür termoelektrik generatoru olan yeni qurğu tamamilə yenidən emal edilə bilər, elastikdir və elektrik şəbəkəsindən enerji tələb etmir. Qurğunun gücü saat və ya fitnes-bilərziyini enerji ilə doldurmaq üçün kifayət edir, sürətli gəzinti vaxtı cihaz təxminən 5 volt elektrik enerjisi hasil edir.

Barmağa və ya biləyə bərkidilən qurğunun prototipi iki formada (üzük və bilərzik) təqdim edilib.

PAYLAŞ