Aşqarlar Kimyası İnstitutunun əsas elmi istiqamətləri aşağıdakılardır:
- aşqarlar kimyasının nəzəri problemlərinin öyrənilməsi – aşqarların təsir mexanizmi, onların tərkibi ilə funksional təsiri arasındakı asılılıq, aşqarların sinergizmi və antoqonizmi, onların sintezi üçün istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikası və mexanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar;
- zərif üzvi sintez və kompüter kimyasının imkanlarından istifadə etməklə yeni üzvi maddələrin sintezi və onların sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqar, metalların korroziya inhibitorları kimi tədqiqi;
- müxtəlif növ aşqarların funksional xassələrinin tədqiqi və aşqar kompozisiyalarının işlənib hazırlanması;
- yeni sintez olunmuş aşqarlar əsasında müxtəlif növ sürtkü yağı və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənib hazırlanması;
- yeni sintez olunmuş yüksək təsirli aşqar və korroziya inhibitorlarının istehsal prosesləri texnologiyasının işlənib hazırlanması, modelləşdirilməsi və optimallaşdırılması.
- sintez olunmuş yeni birləşmələrin canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları kimi ferment-izofermentlər üzrə fizioloji fəallığının “molekulyar dokinq” tədqiqi.