“iPhone”da istifadəçilərin olduğu yeri müəyyənləşdirən boşluq aşkarlanıb

975

“Apple” şirkətinin “iPhone” smartfonlarında istifadə edilən “Bluetooth” coğrafi mövqe izləmə sistemində istifadəçilərin olduğu yeri müəyyənləşdirməyə imkan verən boşluq aşkarlanıb. Bu barədə “Secure Mobile Networking Lab” şirkətinin kibertəhlükəsizlik üzrə tədqiqatçılarının məqaləsində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onların sözlərinə görə, cinayətkarlar istifadəçinin olduğu yerlərin həftəlik tarixçəsini qeyri-qanuni ələ keçiriblər. Bunun üçün “iPad” planşetlərində, “iPod touch” pleyerlərində, “Apple Watch” “ağıllı” saatlarında, “Mac” kompüterlərində və “AirPods” simsiz qulaqcıqlarında mövcud olan “Find My” funksiyasındakı səhvdən istifadə edilib.

Coğrafi mövqe izləmə funksiyası “Apple” qurğularından “Bluetooth Low Energy” (BLE) siqnallarını ötürür. Beləliklə, qurğular siqnalları korporasiyanın serverlərinə ötürməklə bir-birinin arasında olan məsafəni də müəyyənləşdirməyə imkan verir.

Boşluq coğrafi mövqe haqqında məlumatları yükləyərək sonradan onların şifrini açmaq üçün şifr açma açarlarını ələ keçirməyə imkan verə bilər. Digər boşluq “AirTag” axtarış funksiyasının yaradılması əsasında işləyib. Bu imkandan istənilən istifadəçi yararlana bilər. “OpenHaystack” adlı proqram platforması şəxsi “Bluetooth” qurğularını izləməyə və informasiyaya aid əsas sözləri yaratmağa imkan verərək nəzəri baxımdan yaradılan əsas sözlər əsasında lazımi qurğu istifadəçilərini müəyyənləşdirməyə şərait yaradıb. Ekspertlərin sözlərinə görə, “Apple” artıq hər iki problemi aradan qaldırıb.

Nizam Nuriyev

PAYLAŞ