Kimya İnstitutu doktoranturaya 7 ixtisas üzrə 21 yerə qəbul elan edir

91

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. İnstitutdan verilən məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 7 ixtisas üzrə 21 plan yer nəzərdə tutulub. Belə ki, “Qeyri-üzvi kimya” üzrə 4 yer (3 əyani, 1 qiyabi), “Makromolekullar kimyası” üzrə 2 yer (1 əyani, 1 qiyabi), “Fiziki kimya” üzrə 3 yer (1 əyani, 2 qiyabi (1 məqsədli yer Sumqayıt Dövlət Universiteti üçün)), “Kimyəvi kinetika və kataliz” üzrə 4 yer (3 əyani, 1 qiyabi), “Kimya texnologiyası və mühəndisliyi” üzrə 3 yer (2 əyani, 1 qiyabi), “Üzvi kimya” üzrə 2 yer (1 əyani, 1 qiyabi) və “Neft kimyası” üzrə 3 yer (1 əyani, 2 qiyabi (1 məqsədli yer Sumqayıt Dövlət Universiteti üçün)) ayrılıb.

Doktoranturaya sənədlərin qəbulu mayın 19-dan iyunun 9-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb-səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.

Əlavə məlumat üçün Kimya İnstitutunun Elmi kadrların hazırlığı sektoruna müraciət etmək olar.

 

PAYLAŞ