Kimya İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

1

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 2026-cı il üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanlar “Qeyri-üzvi kimya”, “Makromolekullar kimyası”, “Üzvi kimya”, “Neft kimyası”, həmçinin “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə təşkil olunub.

İmtahanda 13 namizəd iştirak edib və onların hamısı uğurlu nəticə göstərib. Onlardan 11-i qadın, 2-si kişidir.

Növbəti mərhələdə qəbul olunan doktorantların elmi şurada təsdiqlənməsi, dissertasiya mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

PAYLAŞ