Kimya İnstitutunda “İnsan hüquqlarının təminatı və müasir çağırışlar” mövzusunda maarifləndirici seminar keçirilib

20

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 8
iyun 2026-cı il tarixində “İnsan hüquqlarının təminatı və müasir çağırışlar”
mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda institutun əməkdaşları, doktorantlar və gənc tədqiqatçılar iştirak
etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,
Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Seminarı giriş sözü ilə açan Elmi tədqiqatlara dəstək şöbəsinin rəhbəri dosent Faiq
Məmmədov insan hüquqlarının təminatı və müdafiəsinin cəmiyyətin inkişafında mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxışlarda rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı,
informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişikliklərinin insan hüquqlarına
təsiri, rəqəmsal mühitdə insan hüquqlarının qorunması, şəxsi məlumatların
təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik
və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması
məsələləri xüsusi vurğulanıb.
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq
müdafiəçisi k.ü.f.d. Səadət Bənənyarlı Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit olunmuş insan hüquq və azadlıqları, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr,
qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar və milli fəaliyyət
planları barədə ətraflı məlumat verib.
Psixoloq Səidə Əhmədova isə sosial cəhətdən həssas əhali qruplarının
hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış
imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətinin gücləndirilməsinin
prioritet istiqamətlərdən olduğunu qeyd edib.
Daha sonra , Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri — Həcər Aslanova, Leyla
Vahidzadə, Aygün İsazadə, Nəzakət Məmmədova çıxış edərək müasir dövrdə insan
hüquqlarının təminatı ilə bağlı aktual məsələlərdən bəhs ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi
aparılıb və xatirə şəkli çəkdiriblər.
Məlumat üçün bildirək ki, seminar Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş
18.05.2026-cı il tarixli məktubun icrasını təmin etmək məqsədilə, insan hüquq və
azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması,
insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin cəlb edilməsi,
habelə bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai
məlumatlılığın yüksəldilməsi məqsədilə 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilmişdir .

PAYLAŞ