Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təbliği və gənclərin sağlam gələcəyinin qorunması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə institutun əməkdaşı Əli Adıgözəlov müasir dövrdə narkomaniyanın yaratdığı təhlükələr, onun insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, eləcə də bu zərərli vərdişin qarşısının alınması istiqamətində görülməli olan tədbirlər barədə danışıb. O, sağlam mühitin formalaşdırılmasının, sağlam həyat tərzinin təbliğinin və xüsusilə gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Kimya İnstitutunun kollektivi cəmiyyətin sağlamlaşdırılması, xüsusilə gənc nəslin zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən maarifləndirmə təşəbbüslərini dəstəkləyir. İnstitutda bu sahədə məlumatlılığın artırılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər, müzakirələr və təqdimatlar təşkil olunur.
Narkomaniyaya qarşı mübarizə cəmiyyətin bütün üzvlərinin, o cümlədən dövlət və elmi müəssisələrin birgə səylərini tələb edir. Sağlam həyat tərzinin təşviqi, maarifləndirmə işinin gücləndirilməsi və gənclərin zərərli vərdişlərdən qorunması sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.



