Kimyaçı alim “Bentham Science Publishers” nəşriyyatı tərəfindən növbəti sertifikata layiq görülüb

205

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Bentham Science Publishers” nəşriyyatının “Current Organic Chemistry” jurnalının redaksiya heyəti tərəfindən növbəti dəfə beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan bildirilib ki, Ə.Sucayev jurnal tərəfindən daxil olan məqalələrə mütəmadi rəy verdiyi üçün təltif edilib.

Jurnal 1997-ci ildən Bentham Science Publishers tərəfindən nəşr olunan elmi jurnaldır. İmpakt faktoru 2.226 olan jurnal “Science Citation Index Expanded” bazasında indekslənmişdir.

Current Organic Chemistry asimmetrik sintez, orqanik-metal kimyası, bioüzvi kimya, heterosiklik kimya, təbii məhsullar kimyası və üzvi kimyada analitik üsullar sahələrindəki irəliləyişləri ümumiləşdirən elmi icmal jurnalıdır.

 

PAYLAŞ