Kimyaçı alimlər Azərbaycan Silahlı Qüvvələri ilə birlik nümayiş etdirirlər

1072

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) son günlər Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə İnstitut kollektivinin dəstəyini nümayiş etdirən iclas keçirilmişdir.

Tədbirdə İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanın müzəffər ordusunun olan torpaqlarımızın azad olunmasında ilk uğurları münasibətilə kollektivi təbrik etdi və bundan sonra da şübhəsiz sıralanacaq uğurların vətən, torpaq həsrəti ilə yaşamağa məcbur edilən Azərbaycan xalqına sevinc bəxş etməkdə davam edəcəyini diqqətə çatdırdı.

V.Fərzəliyev bu həssas dönəmin hər kəsin, o cümlədən alimlərin öz sahəsində ikiqat çalışmasını tələb etdiyini vurğuladı: “Biz elmi müəssisə olaraq öz fəaliyyətimizi genişləndirməklə bizə verilə biləcək strateji tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazır olmalıyıq”.

İnstitut əməkdaşları sürətli əks-hücumla qısa vaxtda  şanlı ordumuzun erməni faşistlərinin təxribatına layiqli cavab verdiyini qeyd etdilər, düşmən qüvvələrinin ağır itkilərə məruz qalmasını həm Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və əsl vətənpərvərlik hissi, həm də ordu-xalq, xalq-Ali Baş komandan birliyinin məntiqi nəticəsi olduğunu bildirdilər.

 

PAYLAŞ