Kimyaçı alimlər metabolik enzimlərin yeni nəsil inhibitorlarını yaradıblar

172

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitunun alimləri türk həmkarları ilə birgə apardıqları beynəlxalq müştərək tədqiqatlar nəticəsində metabolik enzimlərin yeni nəsil inhibitorları alınıb. Belə ki, sintez olunan yeni birləşmələrin bəzi metabolik fermentlər üzrə inhibitor fəallığı araşdırılmış və standart dərman maddələri ilə müqayisə edilmişdir.

Məlumatda deyilir ki, molekulyar dokinq simulyasiyaları vasitəsi ilə bioloji təsirləri incələnən yeni inhibitorların metaloenzimlərin standart birləşmə kimi akarboza ilə üstün keyfiyyət göstəricilərinə malik olduğu və gələcəkdə patoloji proseslərə qarşı potensial dərman maddəsi kimi istifadə edilə biləcəyi təsdiqlənib.

Alimlərimiz tərəfindən müfəssəl şəkildə aparılmış tədqiqatın nəticələri  “ChemistrySelect” jurnalında məqalə şəklində dərc edilib (https://doi.org/10.1002/slct.202300286).

Qeyd edək ki, nüfuzlu “Wiley” nəşriyyatının “Web of science” bazasında arxivləşən bu jurnalın impakt faktoru 2.307-dir.

PAYLAŞ