Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) alimləri akademik Vaqif Fərzəliyev, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, k.ü.f.d., dosent İradə Rzayeva və Bakı Dövlət Universitetinin (BDU) alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorantlar Arzu Sadiqova və Leyla Vəliyevanın apardıqları müştərək tədqiqatların nəticələri ilə bağlı hazırladıqları növbəti məqalə “Tətbiqi Neft -Kimya Tədqiqatları” (Applied Petrochemical Research) adlı impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc edilib (https://link.springer.com/article/10.1007/s13203-021-00278-8).
İnstitutdan bildirilib ki, məqalə yanacaqların istismar xassələrini yaxşılaşdıran yeni növ antioksidantların yaradılmasına həsr edilmişdir. Maddələrin sintezi BDU-nun “Zərif üzvi sintez” laboratoriyasında, onların yanacaqların oksidləşməsinin qarşısını alan xassələrinin tədqiqi isə AKİ-nin “Aşqarların sintezi və təsir mexaniziminin nəzərəi əsasları” laboratoriyasında yerinə yetirilmişdir.
Xatırladaq ki, dünyaca məhşur “Springer” nəşriyatının dərgisi olan “Applied Petrochemical Research” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.