Kimyaçı alimlərin müştərək məqaləsi nüfuzlu beynəlxalq bazaya daxil olan jurnalda dərc olunub

148

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya üzrə fəlsəfə doktoru, dosent Elmina Qədirovanın həmmüəllifi olduğu “TiO2 nanohissəçiklər və və N-tərkibli birləşmələrin sistemində fenolun parçalanmasi” adlı növbəti müştərək məqaləsi (Sevinj Hajiyeva, Elmina Gadirova, Afsun Sujayev, Nedim Ozdemir, Degradatıon of phenol in the system TiO2 nanopartıcles and N-contaınıng compound, Journal of the Chemical Society of Pakistan, 2023, v.45, №01, p.36-43, https://jcsp.org.pk/issueDetail.aspx?aid=c0146f20-f357-4fc3-8b56-1d41160e2f81) Pakistan Kimya Cəmiyyətinin (Journal of the Chemical Society of Pakistan) jurnalında dərc olunmuşdur.

Məqalədə TiO2 nanohissəciklərinin və metil-3-amikrotonatın iştirakı ilə UV şüalarının təsiri altında suda fenolun parçalanması öyrənilmiş və mühüm nəticələr əldə edilmişdir.

Qeyd edək ki, “Web of Science”-ə daxil olan Genişləndirilmiş Elmi Sitatlaşma İndeksi (Science Citation Index Expanded -SCİE) bazasında indeksləşən və impakt faktoru 0.698 olan  Journal of the Chemical Society of Pakistan Q4 reytinqli jurnaldır.

PAYLAŞ