Kimyaçı alimlərin tədqiqatlarının nəticələri nüfuzlu beynəlxalq jurnalda dərc olunub

1082

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev, kimya elmləri doktoru Əfsun Sucayev, elmi işçi Xədicə Məmmədyarova və Bakı Dövlət Universitetinin professoru Afət Hüseynovanın beynəlxalq müştərək tədqiqat çərçivəsində xarici həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktoru “Biomolekulyar struktur və dinamika” jurnalında dərc edilib.

İnstitutdan bildirilib ki, məqalə ilk dəfə yeni 1,2-aminopropantiolların əvəzedici törəmələrinin sintezi və selektiv karbon anhidrazı, asetilxolinesteraza və α-glikozidaz ferment inhibitorları üzərində fizioloji fəallığı, funksional xarakteristikası, bioloji qiymətləndirmə və molekulyar dokinq tədqiqatların həsr olunub.

Xatırladaq ki, impakt faktoru 3.220-a bərabər olan “Biomolekulyar struktur və dinamika” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

PAYLAŞ