“Gartner”in analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal fərdi kompüter bazarında durğunluq davam edəcək, 2021-ci ilədək tədarük həcminin azalması tendensiyası güclənəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu il fərdi kompüter istehsalçıları 258,3 milyon qurğu buraxacaqlar. 2018-ci illə müqayisədə tədarük həcmi 0,6% azalacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ənənəvi fərdi kompüter seqmentində tədarük həcminin 3% azalaraq 189 milyon olacağı gözlənilir. Ultraportativ cihazlar kateqoriyası üzrə 64,5-dən 68,87 milyonadək artım qeydə alınacaq.
Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ilədək peşəkar istifadə üçün fərdi kompüter bazarının 75%-i “Windows 10” sisteminin idarəetməsi altında işləyəcək.
2020-ci ildə kompüterlərin tədarük həcmi 257,3 milyon, 2021-ci ildə isə təxminən 255 milyon təşkil edəcək.
Emil Hüseynov