MÜKAFATLAR

ƏMƏKDAŞLARIN DÖVLƏT MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ

Akademik Əli Musa oğlu Quliyev

İki dəfə SSRİ (1948, 1950) və Azərbaycan Dövlət mükafatları laureatı(1970);  

2 dəfə «Qırmızı əmək  bayrağı» (1948, 1959), 4 dəfə  «Şərəf nişanı» ordenləri (1944, 1952,1974,1976),  medallar; “Əməkdar  elm xadimi” fəxri adı (1978)

Akademik İzzət Mirzə Ağa qızı Orucova

Azərbaycan Dövlət mükafati laureatı(1970);“Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı” ordenləri; medallar; “Əməkdar elm və texnika xadimi” fəxri adı;   Adı Azərbaycanın Fəxri Kitabına yazılmışdır.

Akademik Kamil İsmayıl oğlu Sadıxov

Azərbaycan Dövlət mükafati laureati(1970); «Şərəf nişanı»(1986), «Şöhrət” ordenləri (2004),  medallar

Texniki elmlər doktoru Gövhər Əli qızı Zeynalova

Azərbaycan Dövlət mükafati laureati(1970);“Şərəf nişanı” ordeni; medallar

Akademik Vaqif Məcid oğlu Fərzəliyev

«Şöhrət» ordeni(2005); medallar; “Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009); AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı (2017).

Kimya elmləri doktoru, professor Mirzə Məmməd oğlu Mövsümzadə

“Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2005); “Şöhrət” ordeni(2015), medallar

Texniki elmlər doktoru Həqiqət Əliəşrəf qızı Cavadova

Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2005) və diğər medallar

Texnika üzrə fəlsəfə doktoru Fərəməz Məhərrəm oğlu Əsədov

“Əməkdar mühəndis” fəxri adı (2010)

Kimya elmləri doktoru, professor Sabir Əhməd oğlu Məmmədov

“Tərəqqi” medalı (2015)

Kimya üzrə fəlsəfə doktoru, baş elmi işçi Mehparə Rəsul qızı Səfərova

“Tərəqqi” medalı (2015)

Texnika üzrə fəlsəfə doktoru Kamal Teymur oğlu Kərimov

“Əməkdar mühəndis” fəxri adı (2015)

Bəylər İbrahim oğlu Abdullayev

“Əməkdar mühəndis” fəxri adı (2015)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtiraçılıq sahəsində nailiyyətlərə görə 2013, 2014, 2016, 2017 və 2018-cı illərdə keçirdiyi I – V Respublika Müsabiqələrinə institut tərəfindən təqdim olunan patentlərdən beşi (2013-cü ildə İ2012 0037, 2014-cü ildə İ2013 0046, 2016-cı ildə İ2015 0075, 2017-ci ildə İ 20160021 və 2018-ci ildə I 20160097)  müsabiqənin qalibi olmuş, II dərəcəli (2013– 2017) və III dərəcəli (2018) mükafata layiq görülmüşdür.

 

Beynəlxalq mükafatlar

Keyfiyyətin, elmi yeniliklərin və yeni texnologiyaların inkişafı sahəsində əldə etdiyi nailiyyətlərə görə AKİ Biznesin Təşəbbüs Istiqamətləri Beynəlxalq Təşkilatı tərəfindən 2001-2003-cü illərdə ardıcıl olaraq «Qızıl kateqoriya», «Platin kateqoriya» və «Brilyant kateqoriya» beynəlxalq mükafatları ilə təltif edilib.

Gold Category

Platinium Category

Brilliant Category

2009-cu ildə institutun direktoru akademik V.Fərzəliyev «Elm və partnyorluq» Beynəlxalq xeyriyyə fondu, Rusiya Elmlər Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən «Akademik N.M.Emmanuelin xatirəsi» medalı təqdim olunmaqla Laureat adı, antioksidantlar sahəsində elmə və praktikaya verdiyi böyük töhfəyə görə Diplomla təltif edilmişdir.

 

2011-ci ildə akad V.Fərzəliyev Avropa Biznes Assambleyasının (ABA) Nominasiya Komitəsi tərəfindən müasir dövrün milli iqtisadiyyatın və pozitiv ictimai proseslərin inkişafına töhfə vermiş liderlərindən biri kimi Avropanın ən nüfuzlu mükafatlarından birinə – Kraliça Viktoriya adına eksklüziv britaniya mükafatına – «QUEN VICTORIA COMMEMORATIVE MEDAL» layiq görülüb.

2013-cü ildə аkаdemik V.Fərzəliyev Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən Avropa Birliyinin ən nüfuzlu mükafatı olan Keyfiyyət diplomu və qızıl medalı ilə təltif edilmişdir. Akademik V.Fərzəliyev bu mükafata keyfiyyətli peşəkar fəaliyyəti, sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional xassəli təsirli aşqarların sintezi sahəsində apardığı tədqiqatlara görə layiq görülmüşdür.

2013-cü ildə İnstitutun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının müdiri kimya üzrə elmələr doktoru, professor P.Məmmədova neftlə çirklənmiş torpaqların bioloji üsulla təmizlənməsi sahəsində əldə etdiyi uğurlara görə İslam İnkişaf Bankının mükafatına layiq görülmüşdür.

İnstitutun laboratoriya müdiri, dosent Əfsun Sucayev “Web of Science”də “yüksək istinad almış” 2  məqalənin müəllifi kimi 2018-ci ildə “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatına layiq görülüb. Məlumat üçün qeyd edək ki, Ə.Sucayevin adı bu nominasiya üzrə ən çox istinad almış 1 faiz dünya alimlərinin reytinq siyahısına daxil olub.