Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

104

Tədbirdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev iştirak edib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Nərimanov rayon təşkilatı mayın 2-də “Heydər Əliyev – bir əsrə sığmayan ömür” mövzusunda tədbir keçirib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev iştirak edib. O, “Azərbaycanı sevməyin Heydər Əliyev nümunəsi” mövzusunda etdiyi məruzədə keçmiş SSRİ və müstəqillik dönəmində  Ulu Öndərin rəhbərliyi ilə görülən işlər, onun xilaskarlıq missiyasından söz açmış, ümummilli liderin birinci hakimiyyəti dövründə bünövrəsini qoyduğu, müstəqillik illərində isə yeni mərhələdə təkmilləşdirdiyi hərtərəfli inkişaf strategiyasnın ölkəmizi tənəzzüldən tərəqqiyə, onun layiqli davamçısı cənab president İlham Əliyev tərəfindən isə tərəqqidən Böyük Zəfərə apardığını qeyd edib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – bir əsrə sığmayan ömür” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri və Heydər Əliyevin bir əsrə sığmayan ömrünü öz rəsm əsərində canlandıran gənc rəssam mükafatlandırılıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

PAYLAŞ