Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Iclasda “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə təhsil alan və elmi tədqiqatla məşğul olan elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə əyani, qiyabi doktorant və dissertantların attestasiyası keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər...
Xəbərlər
Kimyaçı alim növbəti dəfə daha bir nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının daha bir aparıcı jurnalı olan “Journal of Molecular Liquids” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya dəqiq və düzgün rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda elmi-təşkilati fəaliyyəti ilə fərqlənən gənclər mükafatlandırılıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev gənc alim və mütəxəssisləri Gənclər günü münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki,...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərovun “Molekulda tiokarbamid fraqmenti saxlayan heterotsiklik birləşmələr” adlı monoqrafiyası “Elm” nəşriyatında nəfis tərtibatda işıq üzü görüb.
Akademik Vaqif Fərzəliyevin redaktorluğu ilə nəşr olunan kitabda kükürd və azot əsaslı heterotsiklik üzvi birləşmələrin sintezi və çevrilmələrinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar, həmçinin...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının “Food Bioscience” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, 2024-cü ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda “Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov “Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda təqdimatla çıxış edərək bildirib ki: “20 Yanvar təkcə faciə...
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ildə...
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclasdan əvvəl AMEA-nın Kimya Elmləri Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşilati fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq...
Məlum olduğu kimi, Ali Attestasiya Komitəsi ötən il ölkə üzrə ölkəmizdə elmi dərəcələr üzrə statistik məlumatları açıqlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, statistik məlumatlarda müvafiq elm sahələri elmi dərəcə alan fəlsəfə doktorlarının sayı, elmlər doktorları, elmi dərəcə alanların yaş qrupları üzrə paylanması, cinsə görə bölünməsi əhatə olunub. Mövcud statistika ölkəmizdə elmi dərəcələrin verilməsində nə kimi yenilikləri üzə çıxardı? Elm və...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimyada heterolitik reaksiyalar” mövzusunda seminar keçirilib
15 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimyada heterolitik reaksiyalar” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bu il İnstitutda fundamental və tətbiqi sahədə 16 mühüm elmi nəticə əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
O qeyd edib ki,...