12 dekabr 2025-ci il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Ümummilli Lider Heydər Əliyevin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin...
  Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin  ideya müəllifliyi ilə AKİ-nin 60 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutu – 60”  tanıtma kitabı  çapdan çıxıb. Nəşrin tərtibçi-müəllifləri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərovadır. Kitab  Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik...
Bakı Mühəndislik Universiteti, Aşqarlar Kimyası İnstitutu və Bakı Dövlət Universitetinin bir qrup aparıcı alimləri Pakistandan olan həmkarları ilə birlikdə yeni aromatik azo birləşmələrinin sintezi, rentgen struktur analizi, supramolekulyar xüsusiyyətləri və kompüter kimyəvi tədqiqi istiqamətində apardıqları müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri “Wiley” nəşriyyatının jurnalı olan “ChemistrySelect”də dərc olunub (https://chemistry-europe.onlinelibrary.wiley.com/doi/10.1002/slct.202503571). Məlumata görə, bu məqalədə tert-butilbenzaldehid əsasında alınmış aromatik azo birləşmələrinin kristal quruluşu...
9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda maarifləndirmə seminarı keçirilib. Giriş nitqi ilə çıxış edən institutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bu seminarların elmi işçi, doktorant, magistrant və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri...
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Mənsurə Hüseynova və Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva Türkiyənin Mərmərə Universitetində elmi ezamiyyətdə olublar. İlk öncə Mərmərə Universitetinin Kimya fakültəsinin dekanı professor Ali Rza...
Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində mütəmadi tədbirlər həyata keçirilir. İnstitutunun alimləri Bakı Mühəndislik Universiteti və Rusiyanın müxtəlif elmi-tədqiqat mərkəzlərindən olan həmkarlar ilə beynəlxalq əməkdaşlıq çərçivəsində yeni Şiff əsasları sintez etmiş, struktur xüsusiyyətləri müfəssəl öyrənilmişdir. Tədqiqatın nəticələri impakt faktoru 4 olan Q1 klasifikasiyalı Journal Molecular Structure-də dərc olunmuşdur. Belarusdan olan həmkarlar ilə uzun müddətdir ki, müştərək tədqiqatlar aparılır. İndiyə...
Bakı, 28 noyabr, Sevda Cəfərova, AZƏRTAC Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib-hazırlanması, müxtəlif təyinatlı yüksəkkeyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə...
28.11.2025-ci il tarixində Mülki Müdafiə tədbirləri planına əsasən Nərimanov Rayonu İcra Hakimiyyəti tərəfindən“Yeni BEMZ” ASC-nin ərazisində Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki Müdafiə məşqi təşkil olunmuşdu. Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun  Radiasiya və kimya kəşfiyyat manqası bu tədbirdə aktiv  iştirak etmişdir.
  27 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların “Neft kimyası”  ixtisası üzrə minimum imtahanı keçirilib. İmtahan verən namizədlər institutun sabiq doktorant və disertantı – elmi işçilər  Ulduz Cəfərova və Lamiyə Kazımzadə olub. Onların “Neft kimyası” ixtisasından bilikləri yoxlanılıb. Məlumat üçün bildiririk ki,...
Ənənəvi bitki mənşəli dərmanlar virus infeksiyaları üçün tamamlayıcı müalicə kimi geniş istifadə olunur. Bu amili nəzərə alaraq Bakı Dövlət Universiteti və Aşqarlar Kimyası İnstitutunun  alimlərinin müştərək tədqiqatının nəticələri kimi biyan kökündə olan qlisirrizin birləşməsi müfəssəl tədqiq edilmiş, gəldikləri nəticələrə görə, bu birləşməni COVID-19 üçün potensial terapevtik vasitə olaraq təklif etmişlər. Məlumatda deyilir ki, bu tədqiqat zamanı molekulyar dokinq simulyasiyasından istifadə...