Xəbərlər
İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi
Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə etmişdir.
“Web of Science” və “Scopus”da indekslənən bu...
Oktyabrın 7-də Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, İsveç Kral Elmlər Akademiyası 2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Mişel H. Devoret, Con M. Martinisə “makroskopik kvant mexaniki tunelin kəşfi və elektrik dövrəsində enerjinin kəmiyyətinin müəyyən edilməsinə görə” verilməsi barədə qərar qəbul edib.
Bu alimlərin superkeçirici elektrik sistemi bir vəziyyətdən digərinə keçə bilir. Onlar, həmçinin göstəriblər...
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Nobel Assambleyası 2025-ci il fiziologiya və tibb üzrə Nobel mükafatının Meri E.Brunkov, Fred Ramsdell və Şimon Sakaquçiyə “periferik immun tolerantlıqla bağlı kəşflərinə görə” verilməsi barədə qərar qəbul edib.
Onların bu kəşfi hazırda klinik sınaqlarda qiymətləndirilən potensial tibbi müalicələrin inkişafına səbəb olub.
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib
Aşqarlar Kimyası İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun elmi katibi k.ü.f.d. Mehparə Səfərova açmış və bu günün tarixi və mahiyyəti, həmçinin Beynəlxalq Əmək Təşkilatının bu sahədə qəbul etdiyi əsas prinsiplər barədə məlumat vermək üçün sözü Həmkarlar İttifaqı Komitəsinin sədri, k.ü.f.d., dosent Elxan İsakova verib. O qeyd...
Xəbərlər
Aşqarlar kimyası istiqamətinin inkişafı üçün 2026-2030-cu illər üzrə elmi tədqiqat proqramı təsdiq edilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçən iclasda gündəlikdə duran əsas məsələ 2026-2030-cu illərdə İnstitutun fəaliyyət göstərdiyi aşqarlar kimyası, zərif üzvi sintez və bioüzvikimya istiqamətlərində növbəti 5 illik elmi tədqiqat proqramının qəbul olması ilə bağlı olub.
O bildirib ki, bundan...
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunan “Şəhidlər ölməz!” mövzusunda tədbir keçirilib.
Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik...
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Bilik günü və Azərbaycanın vətənpərvər şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirmişdir ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim,...
Hörmətli həmkarlar,
Akademik Təsir və Nüfuz: Strateji Nəşrdən Uğurun Təqdimatına
Akademik müəssisənin təsir və nüfuzunun yüksəldilməsi, strategiya ilə başlayır, kommunikasiya ilə tamamlanır. Bu vebinarda iştirakçılara məqalə nəşri üçün uyğun və etibarlı mənbələrin müəyyənləşdirilməsi, əməkdaşlıq ediləcək partnyorların seçimi üçün data əsaslı qərarların verilməsi və eyni zamanda müəssisənin tədqiqat potensialının qlobal səviyyədə tanıdılma imkanlarını əhatə edən yol xəritəsi təqdim ediləcəkdir.
Vebinarın praktiki hissəsində aşağıdakı...
11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.
İnstitutun Təhsil şöbəsinin müdiri k.ü.f.d. Sədaqət Şamxalovanın verdiyi məlumata görə, imtahanda “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən “Üzvi kimya” ixtisası üzrə İsakova Bəyim Rahib qızı və “Neft kimyası” ixtisası...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev dünyaca məşhur jurnal olan “Scientific Reports” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
Məlumat üçün bildirək ki, impact...










